"Qalatasaray" klubunun iqtisadi vəziyyətlə əlaqədar olaraq satacağı gözlənilən hücumçusu Radamel Falkao karyerasını başqa ölkədə davam etdirməyə yaxındır.
Offsideplus.az "Al Mowaten" qəzetinə istinadən xəbər verir ki, kolumbiyalı ulduz Səudiyyə Ərəbistanının "Əl Hilal" klubuna keçə bilər. Nəşrin iddiasına görə, artıq tərəflər arasında razılıq əldə edilib. Koronavirus pandemiyasına görə yaranan iqtisadi duruma görə, ilinə 7 milyon avro qazanmalı olan 34 yaşlı futbolçunun maaşının azaldılacağı təqdirdə "Cimbom"da qalıb-qalmayacağı sual altındadır.
"Əl Hilal" klubunun 51 yaşlı rumıniyalı baş məşqçisi Razvan Luçesku Falkaonu sərəncamında görmək niyyətindədir.
Qeyd edək ki, Falkao ötən il "Qalatasaray"a keçmişdi.