Türkiyənin "Fənərbağça" klubu italiyalı baş məşqçi Eusebio Di Françesko ilə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, İtaliya mətbuatı 51 yaşlı mütəxəssis İstanbul təmsilçisinin rəhbərliyi ilə futbolçu transferləri barədə də danışıb.

Onun 3 tanınmış futbolçunu özü ilə birlikdə Türkiyəyə aparacağı vurğulanıb. Həmin futbolçuların kimliyi barədə məlumat verilməyib.