"Qalatasaray" heyətini hücumçu ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Balotelli ilə yaxından maraqlanır.
Bu barədə italiyalı tanınmış idman jurnalisti Nikolo Skira məlumat yayıb.
Həmkarımızın xəbərinə görə, "Cim-bom" italiyalı forvardın meneceri Mino Rayola ilə danışıqlara start verib.
Qeyd edək ki, Balotelli “Breşiya”da 19 oyuna 5 qol vurub.