"Qalatasaray" yeni transfer etmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı futbolçu Halkı heyətinə qatmaq istəyir.
"Şanxay"ın hücumçusu Çində qalmaq istəmir. Braziliyalı forvard karyerasını Avropada davam etdirmək niyyətindədir.
"Qalatasaray" rəhbərliyi isə bonuslarla birlikdə 33 yaşlı "sambaçı"ya 7 milyon avro təklif edib.
Qeyd edək ki, Halk 2016-cı ildən "Şanxay"ın formasını geyinir.