"Qalatasaray" rəhbərliyi vacib qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmiləri video ilə iclas keçirib.
Toplantıdan Türkiyə Futbol Federasiyasının çempionat davam etdirilsin qərarından başqa heçnəyi qəbul edilməyəcəyi razılaşdırılıb. Klub federasiyanın başqa qərar verəcəyi təqdirdə UEFA və FİFA-ya müraciət edəcək.
Qeyd edək ki, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim və vitse-prezident Abdurrəhim Albayraq koronavirusu epidemiyasına yoluxmuşdular. Onlar xəstəliyə qalib gəlməyi bacarıblar.