“Dənizlispor”un futbolçusu Modu Berrou komandanın düşərgəsini icazəsiz tərk edib.
Offsideplus.az xəbər verir ki, qambiyalı hücumçu ölkəsinə gedib. O, buna görə klub rəhbərliyindən icazə almayıb. "Dənizlispor" futbolçu ilə müqaviləyə xitam vermək niyyətindədir.
"Konyaspor"un üzvü Robert Mak da eyni addımı atıb. Türkiyə klubu slovakiyalı ilə yolları ayırıb.
Qeyd edək ki, hər iki futbolçu ailəsinin yanında olmaq üçün vətənlərinə geri döndünlərini bildiriblər.