“Kayserispor” klubunda da koronavirus pandemiyasına yoluxma halı qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, virus şübhəsi ilə edilən testlərdə bir nəfərdə xəstəliyin olduğu məlum olub. Həmin şəxsin klubun işçisi olduğu bildirilib.

Qeyd edək ki, “Fənərbağça” və “Qalatasaray” klublarında da koronavirusa yoluxma halı qeydə alınmışdı.