Türkiyənin "Qalatasaray" klubunun vitse-prezidenti Yusuf Gunayın koronavirus (COVİD-19) testinin cavabı müsbət çıxıb.
Offsideplus.az xəbər verir ki, müalicəsini xəstəxanada davam etdirən Yusuf Günay özünü yaxşı hiss etdiyini bildirib: "Təəssüf ki, testim müsbət çıxdı. Ümumi olaraq, özümü yaxşı hiss edirəm. Müalicəm davam edir. Mənim üçün dua edən dostlara təşəkkür edirəm".