Türkiyə Futbol Federasiyası Super Liqa ilə bağlı qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, qurum koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq çempionat oyunlarını dayandırıb.
Məlumata görə, turnir 3 həftəlik təxirə salınıb.
Məsələ ilə bağlı açıqlama verən Məhmət Məhərrəm Qəssaboğlu prosesləri planlı şəkildə həll etməli olduqlarını bildirib:
"Gündəmimizdə bir çox mövzu var. Ancaq belə vəziyyətdə federassiya həm bu günü, həm də sabahı düşünərək qəbul etməlidir. Əsas məqsədimiz bu dövrdə zərərli çıxmamaqdır".