Türkiyə Futbol Federasiyasında ciddi dəyişiklik baş verəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı qardaş ölkənin mətbuatı yayıb.
İnformasiyaya görə, əvvəlcə 30 şəxslə yolları ayıran TFF, 48 nəfəri də işdən kənarlaşdıracaq.
Bu siyahıda futbolun inkişaf direktoru Tolunay Kafkas, infrastrukturdan məsul Şeref Yalçın, mətbuat məsləhətçisi Ersin Düzenin də olduğu qeyd olunub. Kafkasla bağlı son qərarı Türkiyə seçmə komandasının baş məşqçisi Şenol Güneş qərar verəcək.