Futbol üzrə milli komandamızı çalışdırmağa namizədlərdən olan Abdullah Avcının yeni iş yeri müəyyənləşdi.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk mütəxəssis "Fənərbağça" ilə 1.5 illik razılığa gəlib. Köməkçilərinin Aleks de Souza başda olmaqla Tuncay Şanlı, Volkan Dəmirəl və Əmrə Bəlözoğlu olacağı planlaşdırılır.