“Trabzonspor” hücumçusu Daniel Starric ilə yollarını ayırdı.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. İngiltərəli futbolçu mövsümün əvvəlində Trabzon təmsilçisinin heyətinə cəlb edilmişdi.
Qeyd edək ki, 30 yaşlı forvard “Trabzonspor”la keçirdiyi 16 oyunda 7 qol vurub.