Türkiyənin "Qalatasaray" klubu 21 il sonra əzəli rəqibi "Fənərbağça"ya səfərdə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, Super Liqanın XXIII turunda "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşma "sarı-qırmızılar" 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra "Fənərbağça" futbolçularını daşıyan avtobusa klubun azarkeşləri tərəfindən hücum edilib. Yayılan videoda fanatların kub avtobusuna daş və digər yad maddələr atdığı əks olunub.