"Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçın komandanın qapıçısı Loris Karius barədə vacib açıqlama verib.
Offsideplus.az xəbər verir ki, türkiyəli çalışdırıcı qapıçının gələn mövsümdən "Beşiktaş"da olmayacağını bildirib. Belə ki, Sərgən Yalçın Kariusun müqaviləsində olan şərtlərin ağır olduğunu və tərəflər arasında bununla bağlı ortaq məxrəcə gəlinməməsinin ayrılığın əsas səbəbi olduğunu deyib.
Qeyd edək ki, 26 yaşlı almaniyalı qapıçı 2028-ci ildə "Liverpul"dan icarə əsasında "Beşiktaş"a keçib.