Süper Liqanın 23-cü turunda keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” matçının baş hakimi bəlli olub.
Offsideplus.az xəbər verir ki, İstanbul derbisini Halil Umut Meler, “Beşiktaş” - “Trabzonspor” matçını isə Fırat Aydınus idarə edəcək.
Qeyd edək ki, “Beşiktaş” – “Trabzonsor” matçı şənbə, “Fənərbaxça” – “Qalatasaray” görüşü isə bazar günü keçiriləcək.