Türkiyənin “Beşiktaş” klubu “Fiorentina”dan icarəyə götürdüyü Kevin-Prins Boatenqlə bağladığı müqavilənin detallarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyada anadan olmuş Qana yığmasının üzvünü mövsümün sonuna kimi icarəyə götürüb.
Bu müddətdə 32 yaşlı yarımmüdafiəçinin maaşının yarısını İtaliya, yarısını Türkiyə klubu ödəyəcək. “Fiorentina”ya icarə haqqı verilməyəcək.
Boatenq bu mövsüm “Beşiktaş”da azı 10 oyunda 45 dəqiqə meydanda olsa, avtomatik olaraq müqaviləsinin müddəti daha bir il uzadılacaq. Belə olan halda İstanbul təmsilçisi növbəti mövsüm qanalı futbolçunun yalnız maaşını ödəyəcək, “Fiorentina”ya heç bir məbləğ ödənilməyəcək.
Qeyd edək ki, “Beşiktaş”ın bu qış transfer etdiyi Boatenq “qara qartallar”ın heyətindəki debüt matçında - “Qaziantep”lə ev oyununun (3:0) ikinci hissəsində meydana çıxıb və 70-ci dəqiqədə rəqib qapısına yol tapıb.