Hakimi söyən futbolçu həbs cəzası ilə üz-üzədir.

Offsideplus.az Apasport.az-a istinadən xəbər verir ki, “Beşiktaş”ın futbolçusu Caner Erkin “Başakşəhər”lə oyunda baş hakim Mete Kalkavanı söydüyü üçün başı bəlaya düşüb.

Dövlət qulluqçusunu vəzifə başında təhqir etdiyinə görə haqqında istintaq başladılan Türkiyə millisinin oyunçusunun işini prokurorluq məhkəməyə göndərib.

Müstəntiq onun haqqında 1 ildən 2 ilə qədər həbs cəzası istəyib.

Caner yaxın günlərdə hakim qarşısına çıxacaq.

7d23b3cc2b266b143dfb21b6a5c9e8c7.jpg