"Qalatasaray"ın baş məşqçisi Fateh Terim sosial şəbəkə hesabından diqqət çəkən paylaşım edib.

Offsideplus.az xəbər verir ki, klubun prezidenti Mustafa Çengizin mətbuat konfransında səsləndirdiyi fikirlərə Terimin reaksiyası gecikməyib.
O, "Verilmiş bir sözüm, vazkeçmədiyim bir xəyalım var. #SadeceGalatasaray" sözlərini yazıb.
Qeyd edək ki, Mustafa Çengiz mətbuat konfransında Terimi işlətdiyi ifadələrə görə qınamışdı: "Biz fəlsəfə klubu deyilik. Prezident var, icraçı direktor var, baş məşqçi var. Qərar rəhbərlik tərəfindən verilir. Digərləri qərar verə bilməz. Fikir ayrılığının olması normaldır. Hörmətli baş məşqçinin "fikir ayrılığı yaşayırıq" deməsi bizi dərindən yaraladı. Fikir ayrılığı varsa, yollarımızı ayırmağımız lazımdır. Hörmətli məşqçimizin o oyunçu ilə yaxın bağı ola bilər. Gedərkən o yollamış, gedişinin ani olduğunu xatırlayıram. 12 milyon avro yaxşı məbləğdir, ancaq qəfil oldu, "yolu açıq olsun" dedik. "Atletiko"da, "Barselona"da oynadığı vaxt, onunla yatıb, onunla durduq, qürurlandıq. Sanki S-400 kodlarını vermişik kimi məlumat ötürürük. Məlumat yayamaq... Heç xoş olmadı. Mən məşqçi olsam belə söz deməyə utanaram. Rəhbərlik hansı gizli məlumatı ötürə bilər. Sızan məlumat nədir? "Arda Turana rəhbərlik "yox" dedi...". Burda gizli nə var? Bizim fikrimizdə dəyişiklik yoxdursa, bunu niyə bildirməyək? Baş məşqçi olsam rəhbərlik barədə belə sözlər işlətmərəm. Biz idarə heyəti olaraq, bu oyunçunun (Arda Turan) "Qalatasaray"a faydalı olmayacağını düşünürük. Mən məşqçimizlə media, sosial şəbəkələr üzərindən mübahisəyə girmərəm. Bu olanlara görə çox üzüldük".