“Qalatasaray” klubunun rəhbərliyi sabiq futbolçusu Arda Turanın komandaya qayıtmaqla bağlı təklifi rədd edib.
Offsideplus.az xəbər verir ki, bu barədə baş məşqçi Fatih Terim keçirdiyi mətbuat konfransında açıqlama verib. O bildirib ki, klub rəgbərliyi ilə görüşüb və Ardanın komandaya qaytarılmasını istədiyini bildirib. Lakin rəhbərlik bu təklifi rədd edib.
“Mən klubun öz yetirməsinə, bir dəyərinə sahib çıxması təklifini irəli sürdüm. Amma onlar bu qərarda olmadıqlarını dedilər. Bu, fikir ayrılığıdır” - deyə Terim qeyd edib.
Klubun prezidenti Mustafa Cengiz də bu gün keçirdiyi mətbuat konfransında bir daha bəyan edib ki, Arda Turan onların tranfer gündəmində yoxdur: