"Qalatasaray"ın prezidenti Mustafa Çengiz "sarı-qırmızılılar"ın divan toplantısında diqqətçəkən açıqlamalar verib.

Offsideplus.az "NTV spor"a istinadla xəbər verir ki, Çengiz, bir neçə gün əvvəl "Başakşehir"lə müqaviləsini ləğv edən və "Qalatasaray"a transfer olacağı danışılan Arda Turanla bağlı danışarkən "Arda ilə bağlı bizi əlaqədar edən durum yoxdur" ifadəsini işlədib.
"Qalatasaray" prezidenti qış transfer pəncərəsində adı klubla yanaşı çəkilən futbolçu ilə bağlı fikirlərini belə tamamlayıb: "Fatih Terimlə transferlərlə bağlı iclasımız oldu. Arda Turanla bağlı fikrini soruşdum, belə bir tələbi olmadığını dedi. 4 saat toplantımız oldu, toplantıda "A" hərfi belə keçmədi".