Almaniyalı futbolçu Lukas Podolski yenidən Türkiyəyə qayıdır.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Super liqa təmsilçisi “Antalyaspor” Podolski ilə böyük ölçüdə razılığa gəlib. Antalya təmsilçisinin baş məşqçisi Tamer Tuna oyunçu ilə danışıqlar aparıldığını təsdiqləyib.
33 yaşındakı futbolçu daha əvvəl Türkiyədə “Qalatasaray”ın formasını geyinib.
Qeyd edək ki, Podolski hazırda Yaponiyanın “Vissel Kobe” komandasında çıxış edir.