“Yeni Malatyaspor” klubu baş məşqçisi Sergen Yalçını istefaya göndərib.
Offsideplus.az xəbər verir ki, ötən gün Türkiyə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sivasspor”a qarşı keçirilən ilk oyunda 0:4 hesablı məğlubiyyətlə üzləşən klubun rəhbərliyi bu addımı atıb.
Bu gün Sergen Yalçınla görüşən rəhbərlik onu istefaya göndərib.