"Qalatasaray" klubu Arda Turanı transfer edəcəkləri barədə yayılan xəbərlər barədə rəsmi açıqlama verib.
Offsideplus.az xəbər verir ki, klub prezidenti Mustafa Cengiz 32 yaşlı futbolçu ilə maraqlanmadıqlarını bildirib. O, komanda üçün uzun müddət oynayacaq və qazanc əldə edə biləcəkləri futbolçular axtarırdıqlarını söyləyib.
Qeyd edək ki, sözügedən futbolçu 2004-2011-ci illərdə "Qalatasaray"ın heyətində çıxış edib.