Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yenidən Türkiyədə çalışa bilər.
Offsideplus.az xəbər verir ki, uğursuz nəticələr səbəbi ilə Bülent Uyğunu istefaya göndərən "Kayserispor"un rəhbərliyi 50 yaşlı xorvatiyalı mütəxəssislə danışıq aparır. Türkiyə mətbuatı tərəflər arasında razılıq əldə olunduğunu yazıb.
Prosineçkinin dönüşü rəsmiləşəcəyi təqdirdə, o, komandanın cari mövsümdə 3-cü baş məşqçisi olacaq.
Kayseri təmsilçisi 17 turdan sonra çempionatda 10 xalla sonuncu pillədə qərarlaşıb.