"Sumqayıt"ın üzvü Səbuhi Abdullazadə karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan millisinin futbolçusu ilə "Trabzonspor" yaxından maraqlanır.
Türkiyənin "Fotomaç" nəşrində yer alan xəbərə görə, Qara Dəniz təmsilçisi Səbuhi U-19 komandasına transfer etmək istəyir. Klubun skautları yarımmüdafiəçini rəhbərliyə xüsusi olaraq təklif ediblər.
"Trabzonspor"un "Sumqayıt" rəhbərliyi ilə Səbuhi Abdullazadə üçün danışıqlara başladığı qeyd edilib.