FIFA Türkiyənin “Trabzonspor” klubunu cəzalandırıb.
Ofssideplus.az Qol.az-a istinadən xəbər verir ki, Trabzon təmsilçisi Matuş Beronun transferi zamanı Macarıstanın “Debretsen” klubuna vaxtında ödəmə etməyib.
Buna görə, “Trabzonspor” klubu yay transfer dönəmində heyətini gücləndirə bilməyəcək.
Qeyd edək ki, millimizin üzvü və hazırda icarə əsasında "Qarabağ"da çıxış edən Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdur.