Türkiyə Superliqasının 16-cı turunda İstanbul derbisi keçirilib.

Offsideplus.az xəbər verir ki, mərkəzi oyunda "Fənərbaxça" "Beşiktaş"ı qəbul edib. Şükrü Saracoğlu stadionunda keçirilən matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:

"Fənərbaxça" – "Beşiktaş" - 3:1
Qollar
: Kruse, 23-pen. (1:0), O.Tufan, 32 (2:0), Hatçinson, 45+5 (2:1), Muriqi, 58 (3:1)

Qeyd edək ki, 15 turdan sonra “Beşiktaş” 27 xalla 3-cü, “Fənərbaxça” isə 25 xalla 5-ci yeri tutur.