"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, "Fənərbaxça" Almaniya millisinin sabiq üzvünü yanvarda icarəyə götürmək niyyətindədir. Klublar arasında danışıqlarbaşlayıb. "Fənərbaxça"nın idman direktoru Damyen Komolli hazırda danışıqlar aparır. Bu həftə ərzində razılığın əldə olunması gözlənilir.
Xatırladaq ki, Məsut Özilin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.