Türkiyə Super Liqasında 24-cü tura yekun vurulub.

Offsideplus.azxəbər verir ki, çempionluq mübarizəsi aparan “Beşiktaş” səfərdə “Trabzonspor”la qarşılaşıb.

Gərgin keçən matçın taleyini 2 qol həll edib. Babel 71 və 78-ci dəqiqələrdə “Beşiktaş”a 3 xal qazandıran qolları vurub.

“Qara-qartallar” bu qələbə sayəsində xalını 47-yə çatdıraraq 3-cü pillədə qərarlaşıb.