"Başakşəhər” klubunun futbolçusu Arda Turan daha bir problemlə üzləşib.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi məhkəməyə verilib.
Buna səbəb onun Barselonada kirayə götürdüyü mənzilin pulunu ödəməməsi olub.
Mənzil sahibi futbolçunun bir neçə aydır kirayə pulunu vermədiyini və ona 400 min avro borclu olduğunu iddia edib. Bunun 100 mini icarə haqqı, qalanı isə evə dəyən ziyana görə tələb edilir. Bir neçə dəfə yarımmüdafiəçi ilə əlaqə saxlayan ev sahibi pulunu ala bilmədiyi üçün məhkəmə müraciət edib.