Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” doğma meydanda “Alanyaspor”la üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Dəniz bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də salınmayıb.
“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 26 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.