"Beşiktaş", "Bursaspor", "Traktor" kimi klublarda çalışan Ərtoğrul Sağlamın yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Türkiyə 2-ci liqasında mübarizə aparan "Samsunspor"da çalışacaq . Təcrübəli çalışdırıcı ilə 5 illik rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Ə. Sağlam son olaraq, 2018-ci ildə Superliqa təmsilçisi “Kayserispor”da işləyib.