“Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi xorvatiyalı məşqçi Stepan Tomasla razılığa gəlib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, bir neçə gün əvvəl Bülənt Korkmazla vidalaşan elita təmsilçisi xorvatiyalı mütəxəssislə 2,5 illik anlaşıb. Artıq Antalyaya gələn 43 yaşlı məşqçi ilə tezliklə rəsmi müqavilə imzalanacaq. Onun əsas köməkçisi isə Ayhan Akman olacaq.