Super Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, bu vəzifəyə "Gənclərbirliyi"dən ayrılan Mustafa Kaplan təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Ankaragücü" baş məşqçisi Metin Diyadini komandanın uğursuz çıxışı səbəbindən dünən istefaya göndərmişdi.