Türkiyə Super Liqasında 24-cü tura start verilib.
Offsideplus.az xəbər verir ki, turun açılış matçında “Bursaspor” öz meydanında “Kayserispor”u qəbul edib.
9 oyundur qalib gələ bilməyən “Bursaspor” nəhayət qələbə həsrətinə son qoyub. 76-cı dəqiqədə Boqdan Stankunun vurduğu qol matçda yeganə olub.