Türkiyə millisinin futbolçularının Albaniya və Fransa ilə oyunlarda qol vurduqdan sonra əsgər salamı verməsi müzakirələrə səbəb olub. Bir çoxları bunu siyasətin futbola müdaxiləsi kimi dəyərləndirir, hətta Fransa Futbol Federasiyasının müraciətindən sonra UEFA bununla bağlı araşdırmalara başlayıb.
Amma bu hərəkət ilk dəfə Türkiyə millisinin üzvləri tərəfindən edilməyib. Bundan əvvəl dəfələrlə futbolçular qol vurduqdan sonra əsgər salamı verib və heç kim etiraz etməyib.
Qol vurduqdan sonra əsgər salamı verən futbolçuları təqdim edirik:
Mario Mandzukiç (Bavariya)
Tyerri Anri-Samuel Eto'O (Barselona)
Honq Çul (Cənubi Koreya millisi)
Emmanuel Adebayor (Tottenhem)
Antoine Qrizmann (Fransa ilə "DÇ-2018"in qalibi olduqdan sonra Fransa prezidenti Emmanuel Makrona əsgər salamı verir)
Roy Çipolina (Cəbəllütariq millisinin kapitanı)
Kriştiano Ronaldo (Real Madrid)
Artem Cuba ("DÇ-2018"də qol sevinci)
Fanat.Az