"Fənərbaxça"nın futbolçusu Adil Raminin yeni sevgilisinin kimliyi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu bu günlərdə Londonda bir qadınla yaxalanıb. 
"Daily Mail"in xəbərinə görə, 33 yaşlı futbolçunun birlikdə göründüyü qadın ingiltərəli televiziya ulduzu və iş qadını Kloe Sims olub. Qəzet iddia edir ki, "Chiltern Firehouse" adlı lüks bir məkandan çıxarkən eyni maşına minən cütlük ilk dəfə görüşərək gecəni birlikdə keçiriblər. 
"Daily Mail"ə məlumat verən mənbə bildirir ki, Rami özündən 4 yaş böyük olan Simslə görüşmək üçün Fransadan Londona xüsusi təyyarə ilə uçub. 
Qeyd edək ki, Adil Raminin son sevgilisi Pamela Anderson olmuşdu. Futbolçunun keçmiş "Playboy" gözəlinə xəyanət etdiyi və döydüyü bildirilir.





















 

Fanat.Az