Türkiyənin "Kayserispor" klubu baş məşqçisi Hikmet Karamanla yollarını ayırıb.

Offsideplus.az-ın məlumatına görə, buna komandanın uğursuz çıxışı səbəb olub. Əyalət təmsilçisi 6 turdan sonra qələbə qazana bilməyib və 3 xalla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Hikmet Karaman 2018-ci ildən "Kayserispor"a rəhbərlik edib.