Türkiyə Super Liqasında çıxış edən "Gazişehir Gaziantep" futbol klubunun adı dəyişib.

Offsideplus.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin prezidenti Mehmet Büyükekşi məlumat verib. O bildirib ki, klubun yeni adı "Gaziantep" FK olacaq.

Qeyd edək ki, "Gaziantep" bu mövsümdən etibarən Türkiyə Super Liqasında mübarizə aparır. Rumıniyalı Marius Şumudikanın rəhbərlik etdiyi kollektiv hazırda 10 xalla üçüncü pillədə qərarlaşıb.