“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Türkiyə Superliqasının 6-cı turunda evdə “Fənərbaxça” ilə oyun öncəsi açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 66 yaşlı mütəxəssis İstanbul derbisinə hazır olduqlarını deyib:
“Ötən il fərqli bir oyun oynadıq. Daha yaxşı nəticə ilə ayrıla biləcəyimiz bir matç 2:2 hesabı ilə bitdi. Bu həftə azarkeşlərimizin dəstəyi ilə qalib gələcəyimizə inanıram. Hamımız oyuna hazırıq”.
O, sıx oyun qrafiki ilə əlaqədar futbolçuların əvəzlənməsi ilə bağlı da danışıb: “Onlar həftədə 3 matçda oynamağa alışacaqlar. “Qalatasaray”da oynayan futbolçunun bəhanəsi ola bilməz”.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" görüşü sentyabrın 28-i keçiriləcək.(qol.az)