İqor Tudor ilə yolları ayıran “Qalatasaray” artıq yeni məşqçisini təqdim edib.

“Cimbom”u yenidən komanda əfsanəsi hesab olunan Fatih Terim çalışdıracaq. Terim rəsmi tvitter hesabından klubun adını əlavə edərək “Harda qalmışdıq, “Qalatasaray”? yazıb.

Bundan bir neçə dəqiqə sonra isə klubdan rəsmi açıqlama verilib və Fatih Terim ilə danışıqlara başlandığı bildirilib. Onun bu həftə “Göztəpə” ilə oynanılacaq Super Liqa matçında komandanın başında olması gözlənilir.

Qeyd edək ki, bu, məşhur məşqçinin “Qalatasaray”a 4-cü qayıdışıdı. Daha əvvəl 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Terim 2000-ci ildə “sarı-qırmızılar”la UEFA Kubokunu qazanıb.