Türkiyənin “Göztəpə” klubu heyətiniə yeni futbolçular cəlb edib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi transfer pəncərəsinin son günündə Marsio Mossoro, Stefano Napoleoni və Atınç Nukanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mossoro və Napoleoni digər Super Liqa təmsilçisi “Başakşəhər”dən gəlib. Onların hər ikisi İstanbul təmsilçisindən ayrıldığına görə, “Göztəpə”yə azad agent kimi keçiblər. Hər iki futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Braziliyalı Mossoro “Başakşəhər”də 2014-cü ildən çıxış edirdi. 36 yaşlı yarımmüdafiəçi bu komandada 150-si Super Liqa olmaqla, bütövlükdə 176 oyun keçirib.