"Fənərbaxça"dan ayrılan Mehmet Topal "Başakşəhər"ə transfer olunub.

Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Türkiyə millisinin üzvü ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin adı "Qalatasaray"la da hallanırdı.

Xatırladaq ki, M.Topal iyunda "Fənərbaxça" ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.