Keçən gün obaş tutan Türkiyə Super Liqasının “Başakşəhər” – “Fənərbağça” oyununda maraqlı hadisə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, oyundan öncə dünya futbolunda nadir hallarda rast gəlinən foto çəkilib.
Belə ki, hazırda “Fənərbağça”nın kapitanı olan Əmrə Bəlözoğlu bundan öncəki klubu “Başakşəhər”in start heyəti ilə foto çəkdirib.
Hər matçdan öncə komandaların start heyətlərinin çəkdirdiyi fotoya “Başakşəhər”li Arda Turan tərəfindən dəvət olunan 39 yaşlı yarımmüdafiəçi təklifdən imtina etməyib.