Bu gün Türkiyə Super Liqasında 2019/20 mövsümünə start veriləcək.

Offsideplus.az xəbər verir ki, ilk turun oyunları 4 günü əhatə edəcək. Açılış oyununda bu gün son çempion "Qalatasaray” debütant "Dənizlispor”un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.
Sabah 3 qarşılaşma baş tutacaq. "Gənclərbirliyi" "Rizəspor"u (Bakı vaxtı ilə saat 20.15), "Kayserispor" "Alanyaspor"u, "Sivasspor" "Beşiktaş"ı (hər ikisi 22.45) qəbul edəcək.
Bazar günü daha 4 oyun keçiriləcək. "Göztəpə" "Antalyaspor"u, "Konyaspor" "Ankaragücü"nü (hər ikisi 20.15), "Kasımpaşa" "Trabzonspor"u, "Yeni Malatyaspor" "Başakşəhər"i (hər ikisi 22.45) evdə sınağa çəkəcək.
Tura bazar ertəsi saat 21.00-da başlayacaq "Fənərbaxça" - "Qazişəhər" görüşü ilə yekun vurulacaq.