"Qarabağ" klubunun sabiq futbolçusu, hazırda PAOK-un şərəfini qoruyan Pedro Enrike karyerasını Türkiyədə davam etdirməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki, Türkiyə Superliqasının debutantı "Qazişehir Qaziantep" 29 yaşlı hücumçu üçün Yunanıstan klubu ilə razılığa gəlib. Razılığa əsasən, o, "Qazişehir Qaziantep"də icarə əsasında oynayacaq.