"Beşiktaş"ın qapıçısı Loris Karius son durumu müəyyənləşib.
Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Breşia" ilə yoxlama matçında zədələnən alman qolkiperin sol üst baldırında problem aşkarlanıb. Onun müalicəsinə başlandıldığı vurğulanıb.
Türkiyə mətbuatı Kariusun 1 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Qeyd edək ki, "Beşiktaş" Kariusu ötən yay "Liverpul"dan iki illik icarəyə götürüb.