“Selta Viqo” klubunun heyətində çıxış edən türk əsilli futbolçu Emre Mor İstanbula gəlib.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu “Galatasaray” klubu ilə müqavilə danışıqları üçün Türkiyəyə gəlib.
Artıq klubla görüş keçirilib. Görüşün detalları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Almaniyanın “Borussiya Dortmurt” komandasında 13 milyon avroya İspaniyanın “Selta Viqo” komandasına transfer olan Mor, son mövsümdə 10 oyuna çıxıb. Lakin, nə qol, nə asistlə fərqlənə bilib.