Türkiyə milli komandasının futbolçusu Emre Belözoğlu “Fənərbağça”ya dönüb.
Offsideplus.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 2015-ci ilin yayında “Fənərbağça”dan “Başakşehir”ə keçən Belözoğlu karyerası ərzində “Qalatasaray”, İtaliyanın “İnter”, İngiltərənin “Nyukasl” və İspaniyanın “Atletiko” komandalarının formasını geyinib.