"Kasımpaşa”ya uduzaraq liderlik kürsüsünü təhvil verən "Qalatasaray”da yeni gərginlik yaşanır.

Offsideplus.az xəbər verir ki, son məğlubiyyətdən sonar İstanbul klubun azarkeşləri sosial media vasitəsiylə Musleraya təzyiqlərə başlayıblar.
 
Onlar son mövsümdə aşağı səviyyədə çıxış edən uruqvaylıya "evinə get!” mesajı göndəriblər. Azarkeşlərin bu mesajı qolkiperin həyat yoldaşı Patrisiyanı əsəbləşdirib və cavabında xanım da "Niyə də olmasın? Bəlkə də bu mövsüm” yazıb.
 
Türkiyə mətbuatı uruqbvaylı cütlüyün azarkeşlərin bu təzyiqdən bezməsi və klub rəhbərliyinə şikayət etməsi barədə yazıb. Musleranın həyat yoldaşı İstanbuldan ayrılmaq istəyini qolkiperə bildirib.
 
7 mövsümdür ki, "Qalatasaray”ın qapısını qoruyan Musleranın bu mövsümün sonunda "San Paulo”ya gedəcəyi gözlənilir.